• Bakı 17° C

    9.85 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.0497

Maşınlar niyə durduğu yerdə alışıb yanır? - BUNLARI ETMƏMƏK LAZIMDIR

CƏMİYYƏT

01 Oktyabr 2025 | 11:07

Maşınlar niyə durduğu yerdə alışıb yanır? - BUNLARI ETMƏMƏK LAZIMDIR

Son zamanlar avtomobillərdə baş verən yanğınların artması diqqət çəkən əsas problemlərdəndir.

Demək olar ki, hər həftə mətbuatda hansısa nəqliyyat vasitəsinin alovlanması ilə bağlı xəbərlərlə qarşılaşırıq.

Hələlik sonuncu sayılan sözügedən hadisələrdən biri bu gün səhər Milli Məclisin qarşısında qeydə alınıb. Belə ki, minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Yolda sıxlıq yaranıb.

Yanğınlar yalnız maddi zərərə deyil, həm də insan həyatı üçün ciddi təhlükələrə səbəb ola bilər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən avtomobil ustası Sahil Ağabəyli bildirib ki, əvvəllər avtomobillərə bugünkü qədər müdaxilə edilmirdi.

S.Ağabəyli qeyd edib ki, indi sürücülər maqnitofonlara səsgücləndirici aparatlar, uzaq və yaxın işıqlara həddən artıq güclü lampalar, müxtəlif rəngli işıqlandırmalar və s. kimi müxtəlif əlavə avadanlıqlar quraşdırırlar:

“Bu həvəs nəticəsində avtomobillərin elektrik sisteminə artıq yüklənmə düşür və yanğın ehtimalı artır”.

Sahil Ağabəyli, Avtomobil ustası

Bundan başqa, müsahibimiz nəzərə çatdırıb ki, avtomobillərə əlavə olaraq “senji” və ya “RPG” tipli qaz balonlarının quraşdırılması da yanğın riskini daha da yüksəldir. Dediyinə görə, bu sistemlər tez alışma və yanmanı sürətləndirir.

S.Ağabəyli onu da vurğulayıb ki, istismar müddəti başa çatmış avtomobillərdə yanacaq xətləri və digər qoruyucu hissələr sıradan çıxdığından yanğın təhlükəsi daha da artır:

“Qeyd edək ki, “Avro” standartlı avtomobillərdə xüsusi qurğu var və həmin qurğu işə düşdükdə 600–700 dərəcə əlavə istilik yaranır. Əgər mühərrik bölməsindəki qoruyucular buna cavab verməzsə, bu da avtomobillərin alışmasına səbəb ola bilir”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

30 Sentyabr 2025