• Bakı 24° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

"Maykrosoft”da nasazlıq: 8,5 milyon cihaza təsir etdi

MULTİMEDİA

21 Iyul 2024 | 09:18

Maykrosoft”da nasazlıq: 8,5 milyon cihaza təsir etdi

“Maykrosoft Azure” bulud saxlama platformasında "Crowdstrike"dən proqram yeniləməsi nəticəsində yaranan nasazlıq “Vindovs” əməliyyat sistemi ilə işləyən təxminən 8,5 milyon cihaza təsir edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Maykrosoft" öz bloqunda məlumat yayıb.

"Proqram yeniləmələri bəzən problemlərə səbəb ola bilsə də, "Crowdstrike" ilə olan kimi böyük insidentlər nadir hadisədir. Hesab edirik ki, "Crowdstrike" yeniləməsi 8,5 milyon "Vindovs" cihazına və ya "Vindovs" cihazlarının 1%-dən azına təsir edib", - məlumatda qeyd olunub.

Qeyd olunur ki, “Crowdstrike” "Maykrosoft"a vəziyyətlə tez bir zamanda məşğul olmağa imkan verəcək həll variantı hazırlamağa kömək edib.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024