• Bakı 22° C

    13.9 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Mədəniyyət Nazirliyində mərakeşli jurnalistlərlə görüş keçirilib

MƏDƏNİYYƏT

04 Iyul 2025 | 14:05

Mədəniyyət Nazirliyində mərakeşli jurnalistlərlə görüş keçirilib

İyulun 4-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Mərakeş Krallığından olan bir qrup tanınmış media nümayəndəsi ilə görüş keçirilib. 

Bakıvaxtı.az xəbər verir ki, görüşdə “Morocco World News”, “Zamane”, “Al-Alam”, “Le Matin”, “Hespress”, “Al Ahdath Al Maghribia”, “Maroc Hebdo” və “Le360” kimi nüfuzlu media orqanlarının təmsilçiləri iştirak ediblər.

Nümayəndə heyətini salamlayan mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycan-Mərakeş münasibətlərində mədəni əməkdaşlığın xüsusi rol oynadığını vurğulayıb, ölkəmizin qədim tarixi, mədəni irsi və multikultural ənənələri haqqında qonaqlara ətraflı məlumat verib. O, bu cür qarşılıqlı səfərlərin xalqlarımız arasında yaxınlaşmaya və informasiya mübadiləsinin genişlənməsinə töhfə verdiyini qeyd edib.

Mərakeşli jurnalistlər Azərbaycanın mədəniyyət ocaqları ilə tanışlıqdan məmnunluqlarını ifadə edərək ölkəmizin zəngin mədəni mənzərəsinin onlarda dərin təəssürat yaratdığını bildiriblər. 

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva Azərbaycanda mədəni irsin qorunması, beynəlxalq mədəniyyət layihələri və dövlətimizin mədəniyyət siyasəti haqqında danışıb.

Söhbət zamanı bu qəbildən səfərlərin iki ölkənin media və mədəniyyət dairələri arasında gələcək əməkdaşlıq üçün bir platforma ola biləcəyi diqqətə çatdırılıb, birgə layihələrlə bağlı təkliflər səsləndirilib.


SON XƏBƏRLƏR