• Bakı 27° C

    9.49 m/s

  • USD - 1.7

    EUR - 1.9385

    RUB - 2.1834

Media nümayəndələri üçün növbəti "Sosial Jurnalistika" təlimi təşkil edilib

CƏMİYYƏT

28 Iyul 2026 | 16:27

Media nümayəndələri üçün növbəti Sosial Jurnalistika təlimi təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində media nümayəndələri üçün "Smart media və sosial trend analizi" mövzusunda "Sosial Jurnalistika" təlimi təşkil olunub.

Bakıvaxtı.az xəbər verir ki, təlimdə ölkənin müxtəlif informasiya resurslarını təmsil edən 20 media qurumundan jurnalistlər iştirak edib.

İştirakçılara rəqəmsal media mühitində yeni tendensiyalar, sosial siyasətin informasiya müstəvisində təqdimatı, eləcədə ictimai rəyin formalaşmasında sosial mövzularınişıqlandırılması barədə geniş izahlar təqdim olunub.

Sonra mövzunun mənimsənilmə keyfiyyətini müəyyənləşdirmək məqsədi ilə interaktiv vörkşop keçirilib.

İştirakçılar təlim mövzusunu əhatə edən test tapşırıqlarını cavablandıraraq öz biliklərini yoxlayıblar.

Sonda media nümayəndələrinə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, 2023-cü ildən etibarən mütəmadi keçirilənvə sayca 10-cu olan "Sosial Jurnalistika" təlimiçərçivəsində hər il yüzlərlə media nümayəndəsi aktualsosial mövzular barədə məlumatlandırılır, onların peşəkarbacarıqlarının inkişafına və sosial sahəninişıqlandırılmasında keyfiyyətin yüksəldilməsinə dəstəkgöstərilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Iyul 2026