• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Məhkəmə İlqar İsmayılovla bağlı qərarı dəyişmədi

CƏMİYYƏT

23 May 2025 | 18:42 | Müəllif: Subhan Mahmudov

Məhkəmə İlqar İsmayılovla bağlı qərarı dəyişmədi

“İdeal” (indiki “Adore”) mağazalar şəbəkəsinin mənimsəmə ittihamı ilə məhkum olunmuş keçmiş rəhbəri İlqar İsmayılovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciəti təmin edilməyib.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsi onun cəzasının qalan hissəsinin şərti hesab edilməsinə razılıq verməyib.

Qərarda göstərilib ki, İsmayılovun cəzanın yarıdan çoxunu çəkməsinə baxmayaraq, digər əsaslarla azadlığa buraxılması məqsədəuyğun deyil.

Qərara əsasən, ərizə təmin edilməyib və İ.İsmayılov həbsdə qalıb.

Qeyd edək ki, o, 2021-ci ilin aprel ayında həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026