• Bakı C

    9.53 m/s

  • USD - 1.7

    EUR - 2.0096

    RUB - 2.2138

Məhkəmə Zülfüqar Mansurovla bağlı qərar verdi

CƏMİYYƏT

23 Fevral 2026 | 17:57

Məhkəmə Zülfüqar Mansurovla bağlı qərar verdi

Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Bakıvaxtı.az-ın Teleqraf-a istinadən xəbərinə görə, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə vəsatəti təmin edilib.

Zülfüqar Mansurovun həbs müddəti mayın 30-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl onun barəsində 3 ay 28 gün müddətinə həbs edilmişdi.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 32.5, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri (rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və s.) üzrə ittihamlar irəli sürülüb.

Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Qaradağ Rayon İcra Hakimiyyətində xüsusi əməliyyat tədbiri həyata keçirilib.

Məlumata görə, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev və Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov həbs ediliblər.


SON XƏBƏRLƏR