• Bakı 18° C

    3.07 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Məhkəmədən Əziz Orucovla bağlı QƏRAR 

HADİSƏ

19 Sentyabr 2024 | 13:02

Məhkəmədən Əziz Orucovla bağlı QƏRAR 

"Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucov barəsində olan həbs qətimkan tədbirinin müddəti daha üç ay uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-a onun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib.

O bildirib ki, Ə.Orucovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı qərar Səbail Rayon Məhkəməsində verilib.

Qeyd edək ki, Ə.Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.

Ötən il noyabrın 28-də Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Ə.Orucov barəsində həbs qətimkan tədbiri seçilib.
Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.


SON XƏBƏRLƏR