Son beş il ərzində məişət zorakılığı ilə bağlı daxil olan müraciətlərin sayı 2020-ci illə müqayisədə 3,3 dəfə artıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ötən ilin yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında məlumat verib.
Onun sözlərinə görə, ötən il ərzində məişət zorakılığı ilə bağlı Dövlət Komitəsinə 594 müraciət daxil olub. Bu da 2020-ci illə müqayisədə 3,3 dəfə çoxdur.