• Bakı 15° C

    6.28 m/s

  • USD - 1.7

    EUR - 1.8378

    RUB - 0.0221

Məktəbin qarşısında xuliqanlıq: Şagirdi döyüb qolunu sındırdılar

HADİSƏ

31 Yanvar 2023 | 13:31

Məktəbin qarşısında xuliqanlıq: Şagirdi döyüb qolunu sındırdılar

Bakıda məktəbin qarşısında baş vermiş xuliqanlıq hadisəsi zamanı şagirdin qolu sınıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Yasamal rayonu N.Tusi adına 173 saylı orta məktəbin qarşısında olub. N.Nərimanov küçəsində - məktəbin qarşısında Əli adlı şəxs xuliqanlıq zəminində 2008-ci il təvəllüdlü A.Quliyevi (ad-soyad şərtidir) döyüb. Nəticədə həmin məktəbin şagirdi olan yeniyetmənin qolu sınıb.

O, xəstəxanaya aparılıb və qolu gipsə qoyulub.

Hadisə ilə bağlı polisə məlumat verilib. Fakt üzrə Yasamal RPİ-nin 26-cı Polis Bölməsində araşdırma aparılır/qafqazinfo.az.


SON XƏBƏRLƏR

28 Mart 2023