q
  • Bakı 13° C

    11.65 m/s

  • USD - 1.7

    EUR - 1.9935

    RUB - 2.2576

Məktəblərdə təhlükəsizliklə bağlı “sıfır risk mümkün deyil” 

CƏMİYYƏT

28 Aprel 2026 | 12:54

Məktəblərdə təhlükəsizliklə bağlı “sıfır risk mümkün deyil” 

“Təhlükəsizlik tədbirləri olsa belə, neqativ hadisələri tam sıfıra endirmək mümkün deyil”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin brifinqində qurumun direktoru Eşqi Bağırov bildirilib.

Onun sözlərinə görə, məktəblərdə baş verə biləcək arzuolunmaz hadisələr yalnız təhsil müəssisəsinin daxilində deyil, həm də məktəbdən kənarda və müxtəlif situasiyalarda baş verə bilər. E.Bağırov bildirilib ki, bu hallar yalnız çantada gətirilən əşyalarla məhdudlaşmır və fərqli səbəblərdən qaynaqlana bilər: 

"Mühafizə xidmətlərinin təşkili və çantaların yoxlanılması kimi tədbirlər riskləri azaltsa da, problemi tam aradan qaldırmır".

Eşqi Bağırov qeyd edib ki, əsas məsuliyyət məktəb rəhbərliyi, müəllimlər, psixoloqlar və digər pedaqoji heyətin üzərinə düşür:

“Qaydaların hazırlanması, icmanın məlumatlandırılması və təlimlərin keçirilməsi təhlükəsizliyin təmin olunmasında əsas istiqamətlərdəndir”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR