• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Məktəbli formalarının qiyməti necədir? - Bakı Tikiş Evi AÇIQLADI

CƏMİYYƏT

24 Avqust 2021 | 21:34 | Müəllif: Subhan Mahmudov

Məktəbli formalarının qiyməti necədir? - Bakı Tikiş Evi AÇIQLADI

2017-ci ildən bəri məktəbli formalarının qiymətində heç bir dəyişiklik yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov deyib.

O bildirib ki, 2010-cu ildən məktəbli formaları hazırlanır və tikiş üçün materiallar Türkiyədən alınır: "Yeni formalar hələ təsdiq olunmayıb. Ötən il istifadə olunan formalar satışa çıxarılıb. Tələbata uyğun olaraq kifayət qədər məktəbli forması hazırlanıb. 1-6-cı siniflər üçün 26-44 ölçüdə forma 40 manat, 7-11-ci siniflər üçün 32-54 ölçülü formalar isə 46 manatdır. 26-42 ölçülü tək şalvarlar 15 manat, 44-56 ölçüdə olanlar isə 18 manatdır. Eynilə, tək yubkaların da qiyməti müvafiq olaraq 15 və 18 manatdır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026