• Bakı 24° C

    6.16 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Məktəbli qətlə yetirildi: Sinif yoldaşı saxlanıldı - YENİLƏNİB

HADİSƏ

16 Sentyabr 2025 | 19:26

Məktəbli qətlə yetirildi: Sinif yoldaşı saxlanıldı - YENİLƏNİB

Sentyabrın 16-da yetkinlik yaşına çatmayan N.M-nin (şərti) təhsil aldığı tam orta ümumtəhsil məktəbində ölməsi faktı üzrə Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. 

 

***17:03

Cəlilabad rayonunun Xəlilabad kəndində məktəblinin öldürülməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Xəlilabad kənd orta məktəbində baş verib. 

Öldürülən 11-ci sinif şagirdi Kənan İmanzadə və onun qətlində şübhəli bilinən sinif yoldaşı Sadiq Əsgərov Cəlilabad rayonunun Güneyli kənd sakinləridir. Bildirilib ki, kəndlərində məktəb olmadığı üçün hər ikisi Xəlilabad kənd orta məktəbində təhsil alırmış.

İlkin məlumata görə, hadisə söyüş üstündə baş verib. Dünən şagirdlər arasında mübahisə yaranıb, lakin digər sinif yoldaşları davanın böyüməsinin qarşısını ala biliblər.

Bu gün səhər isə evlərindən mətbəx bıçağı götürərən S.Əsgərov birinci dərsdən sonra K. İmanzadəni başqa sinfə çağıraraq yenidən mübahisə edib və daha sonra həmyaşıdının qarın boşluğu və döş qəfəsinə bıçaqla zərbə endirib. 

Ağır yaralanan Kənan İmanzadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

14:59

Cəlilabadda məktəblilər arasında yaranan mübahisə ölümlə nəticələnib.

Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, hadisə Cəlilabad rayonunun Xəlilabad kəndində baş verib. Sinif yoldaşları arasında mübahisə yaranıb.

Mübahisə zamanı 17 yaşlı yeniyetmə sinif yoldaşına bıçaqla xəsarət yetirib. Xəsarət alan yeniyetmə xəstəxanaya hospitalizasiya olunub. Yeniyetmə xəstəxanada ölüb.

    Hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    15 Oktyabr 2026