• Bakı -0° C

    11.72 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Memar Əcəmi stansiyasından istifadə edənlərin NƏZƏRİNƏ! 

CƏMİYYƏT

20 Fevral 2025 | 14:07

Memar Əcəmi stansiyasından istifadə edənlərin NƏZƏRİNƏ! 

Bakı metrosunda Yaşıl xəttin “Memar Əcəmi” stansiyasının Cavadxan küçəsi istiqamətində olan keçidində istismar müddətini başa vurmuş divar və döşəmə üzlüklərinin dəyişdirilməsinə başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Kommunikasiya departamentinin rəisi Şaban İmkani deyib.

    O bildirib ki, sərnişinlərin və keçiddən istifadə edənlərin rahatlığı nəzərə alınaraq, eyni istiqamətdə yerləşən pilləkən zonaları mərhələli təmir olunacaq:

    "Hərəkətin təhlükəsizliyi tələblərinə uyğun olaraq, çıxışın pilləkən qəfəslərindən birində işlər tamamlandıqdan sonra digərində təmirə başlanılacaq.
    Yerüstü sahədə - keçidin texniki zonasında park edilən avtomobillərin yarada biləcəyi təhlükələrə qarşı mühafizə tədbirləri görüləcək".


    SON XƏBƏRLƏR