• Bakı 27° C

    9.49 m/s

  • USD - 1.7

    EUR - 1.9385

    RUB - 2.1834

Məmura oğru deyən vətəndaş 1200 manat - Cərimələndi

CƏMİYYƏT

28 Iyul 2026 | 14:50

Məmura oğru deyən vətəndaş 1200 manat - Cərimələndi

Göyçayda məmur barəsində təhqiramiz ifadə işlədən vətəndaş məhkəmə qarşısına çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, Göyçay RİH-in Sənədlərlə və Vətəndaşların müraciəti ilə iş şöbəsinin məsləhətçisi S.Səmədov (soyadlar şərtidir) barəsində sosial şəbəkədə video paylaşan Qaraməryəm kənd sakini, 1970-ci il təvəllüdlü M.Yusifova hökm oxunub.

Məhkəməyə xüsusi ittiham qaydasında müraciət edən məmur kənd sakininin ona böhtan atdığını və “oğru” deyərək təhqir etdiyini bildirib.

Məlum olub ki, M.Yusifov “Facebook”da “Acı bibər” adlı səhifədə yerləşdirilmiş videoda həmin məmur barəsində “Bu oğru S.Səmədov nəinki mənim, hətta məndən başqa vətəndaşların da yerini oğurlayıb”, - ifadəsini işlədib. O, həmin videoda məmurun torpaqları oğurlayaraq bələdiyyə sədrinə verdiyini iddia edib.

Məlum olub ki, daha əvvəl bələdiyyə sədri M.Yusifov barəsində məhkəməyə müraciət edib və ötən il həmin şəxs cərimələnib.

Göyçay Rayon Məhkəməsi bu dəfə də M.Yusifov barəsində ittihamı qəbul edib. O, təhqir maddəsi üzrə təqsirli bilinərək 1200 manat cərimə edilib. Ona Cinayət Məcəlləsinin böhtan maddəsi üzrə bəraət verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Iyul 2026