• Bakı 13° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8462

    RUB - 0.0178

Mənzillərə istilik vaxtından əvvəl verilə bilərmi? - RƏSMİ

CƏMİYYƏT

21 Oktyabr 2024 | 11:02

Mənzillərə istilik vaxtından əvvəl verilə bilərmi? - RƏSMİ

Son günlər havanın qeyri-sabit keçməsi, yağışlı, küləkli havanın müşahidə olunması evlərdə istiliyə olan tələbatı da artırıb.

Bəs görəsən, havalar belə soyuq keçməyə davam edərsə və daha da soyuyarsa, mənzillərə istiliyin verilməsi tezləşdirilə bilərmi?

“Azəristiliktəchizat” ASC-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 5 sentyabr 2023-cü il tarixində qəbul edilmiş “İstilik enerjisindən istifadə qaydaları” haqqında qərara əsasən 15 noyabr tarixində Azərbaycanda istilik mövsümü başlayır və aprelin 15-də yekunlaşır.

Həmçinin nəzərə çatdırılıb ki, Azərbaycanın 14 dağlıq və dağətəyi rayonunda istilik növsümü noyabrın 1-i başlayır və mayın 1-i yekunlaşır.

“Azəristiliktəchizat” ASC-nin bu qərara əsasən balansında olan qazanxanaları müvafiq olaraq məhz bu tarixdə işə saldığı qeyd olunub.

“Əgər havanın temperaturu noyabrın 15-dən əvvəl 5 gün ardıcıl 8 dərəcədən aşağı olarsa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin növbəti günlər üçün proqnozları da nəzərə alınmaqla qazanxanalar işə salına bilər”,- deyə qurumdan sorğumuza cavabda bildirilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

21 Oktyabr 2024