• Bakı 25° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.986

    RUB - 2.0505

Məqsədimiz regionda ədalət, təhlükəsizlik və rifahı təmin etməkdir - Ərdoğan

DÜNYA

25 Avqust 2026 | 21:57

Məqsədimiz regionda ədalət, təhlükəsizlik və rifahı təmin etməkdir - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda ədalət, təhlükəsizlik və rifahın təmin edilməsinin əsas məqsədlərdən biri olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Ərdoğan bunu Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

"Coğrafiyamız hazırda su və hava kimi sülhə ehtiyac duyur, buna qovuşacağı günlərin həsrətini çəkir", - Türkiyə prezidenti bildirib.

O qeyd edib ki, Türkiyə Suriya, İraq, Livan, Fələstin, Körfəz, Afrika, Balkanlar və Qafqazı əhatə edən geniş coğrafiyada xalqlar arasında tarixi qardaşlığın möhkəmləndirilməsi istiqamətində mübarizə aparır.

"Türkiyə Cümhuriyyəti olaraq deyirik ki, tarix bizi bir-birimizə qardaş edib. Bu əbədi qardaşlığı ucaltmaq üçün mübarizə aparırıq. Bu mübarizəni qələbə ilə bitirənə qədər əlimizin çatdığı hər yerdə canla-başla çalışmağa davam edəcəyik", - o vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR