• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0186

Mərakeş millisinin futbolçusu Berlində döyüldü

İDMAN

29 Aprel 2024 | 23:39

Mərakeş millisinin futbolçusu Berlində döyüldü

Almaniya futbol çempionatının ikinci divizionunda çıxış edən Berlinin “Herta” klubunda icarə əsasında çıxış edən Mərakeş millisinin yarımmüdafiəçisi Aymen Barkok hücuma məruz qalıb və üzündəki zədə səbəbindən əməliyyat olunub.

Bakıvaxtı.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Barkok bazar günü, aprelin 28-nə keçən gecə Berlindəki barda döyülüb. Klub əməliyyatın uğurlu keçdiyini, lakin 25 yaşlı futbolçunun hələ oynaya bilməyəcəyini qeyd edib.

Bildirilib ki, Barkok bir neçə nəfərin hücumuna məruz qalıb və üz sümükləri qırılıb.

Xatırladaq ki, futbolçu yanvarda “Mayns”dan “Herta”ya keçib. O, Berlin klubunda 13 oyun keçirib və bir qol vurub.

Həmçinin, yarımmüdafiəçi 2020-ci ildən Mərakeş millisində 18 oyun keçirib və bir qola imza atıb.

Hazırda “Herta” mövsümün sonuna 3 matç qalmış turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.


SON XƏBƏRLƏR

15 May 2024