• Bakı 12° C

    6.27 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

“Mercedes” “Qazel”lə toqquşdu - Ölən və yaralananlar var - YENİLƏNİB

HADİSƏ

17 Fevral 2026 | 11:36

“Mercedes” “Qazel”lə toqquşdu - Ölən və yaralananlar var - YENİLƏNİB

Füzuli rayonunda ötən gün bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasında xəsarət alanların vəziyyəti məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Füzuli Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.

Bildirilib ki, fevralın 16-da saat 17:30 radələrində Füzuli rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 6 nəfər (4 kişi, 2 qadın) Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsayılı travması diaqnozu təyin olunub.

Xəsarət alanlardan 2002-ci il təvəllüdlü kişi Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.

4 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 1981-ci il təvəllüdlü qadının bioloji ölüm faktı qeydə alınıb.

***

00:21

Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın xəbərinə görə, rayonun Kərimbəyli kəndi ərazisində hərəkətdə olan “Mercedes” markalı minik avtomobili “Qazel” markalı yük avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobilinin sərnişinlərinin biri 1981-ci il təvəllüdlü Beyləqan rayon Mil qəsəbə sakini Mirzəyeva Tərgül Allahyar qızı ölüb.

Minik avtomobilinin sürücüsü Qardaşxanov Bakir Yunis oğlu və avtomobildə olan sərnişinlər - Ağalarzadə Rauf Vüqar oğlu, Qalsanov Sərvan Mahmud oğlu və Atakişiyeva Brilyant Təbriz qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo


SON XƏBƏRLƏR

03 Aprel 2026