• Bakı 25° C

    12.95 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.2041

Mərdəkanda 15 yaşlı yeniyetmə dənizdə batdı

HADİSƏ

07 Iyul 2026 | 12:15

Mərdəkanda 15 yaşlı yeniyetmə dənizdə batdı

Mərdəkanda dənizdə 15 yaşlı oğlan batıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, dünən axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112" qaynar xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunaraq axtarışlara başlanılıb.

Hazırda vətəndaş - 2010-cu il təvəllüdlü Hümbətov Vüsal Arif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar davam etdirilir.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Iyul 2026