• Bakı 26° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

MB-DB əməkdaşlığının prioritetləri müzakirə edildi

İQTİSADİYYAT

02 Iyul 2026 | 17:03

MB-DB əməkdaşlığının prioritetləri müzakirə edildi

Azərbaycan Mərkəzi Bankı (AMB) Dünya Bankı ilə əməkdaşlığın prioritetlərini müzakirə edib.

Bakıvaxtı.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu barədə müzakirələr qurumun sədrinin birinci müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri çərçivəsində Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani ilə görüşündə aparılıb.

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın cari vəziyyəti, 2025–2029-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivəsinin prioritet istiqamətləri və bu çərçivədə həyata keçirilən layihələrin icra vəziyyəti müzakirə olunub.

Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR