• Bakı 30° C

    2.89 m/s

  • USD - 1.7

    EUR - 1.9769

    RUB - 2.1632

Mərkəzi Bank növbəti dəfə uçot dərəcəsini sabit saxlaya bilər

İQTİSADİYYAT

21 Iyul 2025 | 09:29

Mərkəzi Bank növbəti dəfə uçot dərəcəsini sabit saxlaya bilər

Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə, yəni iyulun 23-də növbəti dəfə uçot dərəcəsini açıqlayacaq.

Bakıvaxtı.az bu barədə AMB-yə istinadən xəbər verir. Mərkəzi Bank iyunun 11-də açıqladığı qərarda inflyasiyanın xarici mühitində qeyri-müəyyənliklərin azalmasının növbəti iclasda uçot dərəcəsinin azaldılması üçün zəmin yarada biləcəyini vurğulamışdı.

    Analitiklər qeyd edirlər ki, bu, yumşalma istiqamətində açıq siqnaldır, lakin şərt kimi qeyri-müəyyənliyin azalmasını göstərilir. Bu isə uçot dərəcəsinin endiriləcəyinə tam zəmanət vermir. AMB bu iclasda uçot dərəcəsini dəyişməz saxlayacaq, lakin mətbuat konfransında daha açıq yumşalma siqnalları verilə bilər. Əgər avqust-sentyabr aylarında inflyasiyada azalma davam edərsə, oktyabrda ilk faiz endirimi baş tuta bilər.

    Xatırladaq ki, Mərkəzi Bank 2024-cü ilin may ayından etibarən uçot faiz dərəcəsini sabit saxlayıb. Uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.


    SON XƏBƏRLƏR

    20 Iyul 2025