• Bakı 15° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Məscidlərdə bayram namazı qılınıb - FOTOLAR - YENİLƏNİB

CƏMİYYƏT

30 Mart 2025 | 09:51

Məscidlərdə bayram namazı qılınıb - FOTOLAR - YENİLƏNİB

Ramazan ayının başa çatması münasibətilə Naxçıvan Muxtar Respublikasında bayram namazı qılınıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bayram namazı Naxçıvan şəhərindəki Heydər Məscidi kompleksində, Sarvanlar, Came və Kazım Qarabəkir Paşa məscidlərində, həmçinin muxtar respublikanın rayon və kənd məscidlərində qılınıb.

    Bayram namazında dualar oxunub, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi bərəkət dilənilib.

    ***

    09:06

    Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanda bu gün bayram namazı qılınıb.

    Bakıvaxtı.az xəbər verir ki, saat 08.00-da Əjdərbəy məscidində, saat 09.00-da isə Təzəpir məscidində bayram namazının qılınmasına başlanıb.

    Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib, Allahdan bağışlanmasını diləyiblər. Daha sonra dindarlar bir-birlərini bayram münasibətilə təbrik ediblər. 

      ***

      08:05

      Ramazan ayının başa çatması münasibətilə Azərbaycanın məscidlərində bayram namazı qılınır.

      Bakıvaxti.az  xəbər verir ki, Bakının Əjdərbəy məscidindəki bayram namazı saat 08:00-da qılınıb

      Təzəpir məscidində isə bayram namazı saat 09:00-a təyin olunub.

      Qeyd edək ki, Ramazan ayı martın 1-dən başlayıb. Bu gün və sabah Azərbaycanda Ramazan bayramıdır.


      SON XƏBƏRLƏR

      31 Mart 2025