Türkiyənin məşhur aktrisası Bergüzar Korel sosial şəbəkədə tənqid atəşinə tutulub.
Bakıvaxtı.az yerli mediaya istinadla xəbər verir ki, süni intellektlə hazırlanan görüntünün internetdə yayıldığını bildirən Korel, ailəsi və dostlarının narahat olduğunu bildirib.
42 yaşlı aktrisa "Ailə olaraq günlərdir ki, süni intellekt xəbərinin kabusunu yaşayırıq. Ailəmi, övladımı, böyüklərimi düşünmədən, heç bir səy göstərmədən klik xatirinə görüntü hazırlanıb, mən isə xəstəxana çarpayısındayam. Siz nə canlılarsınız?"
Aktrisa özlərini belə davam etdirib:
"Sən həqiqətən bu xəstəliklə mübarizə aparan insanların emosiyaları, duyğularıyla oynayırsan. Heç düşünmürsən ki, bizim də ailəmiz var... Bizi yordun, həqiqətən də bizi dəli etmisən".
Əli, Han və Leyla adlı üç övladı olan məşhur aktrisa vaxtaşırı sosial şəbəkədə xoş anlarını paylaşsa da, özəl həyatını ictimaiyyətdən uzaq yaşamağa üstünlük verir.
Nərgiz Məmmədli