• Bakı 19° C

    3.86 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Məşhur general və xanımı koronavirusa YOLUXDU - FOTO

CƏMİYYƏT

15 Fevral 2022 | 14:24 | Müəllif: Subhan Mahmudov

Məşhur general və xanımı koronavirusa YOLUXDU - FOTO

Fövqəladə Hallar Nazirliyinin generalı və xanımı koronavirusa yoluxub.

Bakıvaxtı.az musavat.com-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-leytenant Şahmar Paşayev və xanımı hazırda Məhəmmədi qəsəbəsində yerləşən modul tipli xəstəxanada müalicə alırlar.

Qeyd edək ki, polkovnik Şahmar Paşayev Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi vəzifəsindən azad edildikdən sonra FHN-in Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin rəisi vəzifəsinə daha sonra Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi vəzifəsinə gətirilib.

Xatırladaq ki, Şahmar Paşayev daxili işlər orqanalrının da məşhur simalardan biri idi. O, müxtəlif rayonların polis rəisi, Bakı Şəhər Polis İdarəsinin isə rəis müavini vəzifələrində çalışıb.


Məşhur general və xanımı koronavirusa YOLUXDU - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026