Mətbəxdə bizə kömək edən bir çox əşya düzgün istifadə edilmədikdə sağlamlığımızı riskə ata bilər. Xərçəng və ya qida zəhərlənməsi bu risklər arasındadır.
Bakıvaxtı.az bu haqda Türkiyə Tibbi Onkologiya Dərnəyinin prezidenti Prof. Dr. Murat Dinçer danışıb.
Köhnəlmiş teflonlar: Teflon istehsalında C8 adlı maddə var. Bilirik ki, teflon tavalar bu maddəyə görə kanserogen sayılır. Teflonun qızdırıldığı zaman buxarlanması nəticəsində havaya zəhərli kimyəvi maddələr buraxaraq sağlamlıq riski yaratdığı bildirilir. Teflondan istifadə ediriksə, köhnəlməmiş olanları seçməliyik. Köhnəlmişlərdən uzaq olmaq lazımdır. ISO, TSE kimi sertifikatları olan və örtüyü standart olanları seçmək vacibdir.
Teflonu metal qaşıqlarla qaşıdıqda zərərli maddələr yeməyə keçir. Teflon tavanların insanlara zərərini göstərən heç bir araşdırma yoxdur, lakin C8 üzərində çoxlu araşdırmalar var. C8-in prostat, mədəaltı vəzi və sidik kisəsi xərçəngi ilə əlaqəsi heyvanlar üzərində göstərilib.
Alüminium qablar: Materialı daha ucuz, əldə etmək daha asandır. Bu qablar həm yüngül olduğu, həm də istiliyi asan ötürdüyü üçün istifadə olunur. Bununla belə, müəyyən miqdarda qidalara qarışdırıldığında alüminium toksikliyinin yığılmasına səbəb ola biləcəyini göstərən bəzi məlumatlar var. Ona görə də, istifadə etmək çətindir. Alüminium qablar yerinə polad və ya keramika qablardan istifadə etmək daha təhlükəsizdir.
Bir müddət alüminiumun bədəndə yığılması ilə Alzheimer xəstəliyi arasında əlaqə araşdırıldı. Həddindən artıq alüminium böyrək çatışmazlığından tutmuş bir çox problemə səbəb ola bilər. Alüminium folqa da eynidir. Xüsusilə isti istifadə zamanı qida ilə birbaşa təmasda olmamalıdır. Yeməyi pişirmə kağızı üzərində hazırlamaq daha sağlamdır.
Plastik qablar: Saxlama qablarında yüksək keyfiyyətli, suda həll olunmayan plastiklərdən istifadə edilməlidir. İstifadə etdiyimiz plastikin keyfiyyəti önəmlidir. İçəriyə qoyulan mayenin plastiki həll etməməsi vacibdir. Tərkibində turşu olan maddələr plastik qablarda saxlanılmamalıdır. Çünki turşuların tərkibində çoxlu sirkə və duz var. Bu qablar içinə qoyulan qidaları korroziya təsirinə görə korlayırlar. Əgər duzlu suda turşu hazırlayacağıqsa, şüşə qablardan istifadə etməyi məsləhət görürük.
Plastik qabların kanserogen olduğunu göstərən tədqiqatlarda 100 faiz sübut olunmuş səbəb-nəticə əlaqəsi yoxdur. Lakin plastik istehsal edən fabriklərdə çalışan işçilər üzərində aparılan araşdırmalarda bəzi xərçəng növlərinin daha çox yayıldığına dair tapıntılar var. Amma tibbi cəhətdən sübut olunmayıb ki, qida qabının xərçənglə birbaşa əlaqəsi var. Plastik qablar istidə qaldıqda maddələr parçalanır və yayılır, ona görə soyuqda saxlamaq daha təhlükəsizdir.
Kəsmə taxtaları: Daim taxta kəsici lövhələrin üzərində ət kəsilirsə, köhnəlir, içərisində ət suyu və qalıqları tutur. Ona görə, bu taxtaların tərkibində ciddi mikroorqanizmlər və infeksiya var, qida zəhərlənməsinə səbəb ola bilər. Bu məhsulları təmizləmək çətindir. Ona görə də, üzərində yemək yedikdə, xüsusilə kəsdikdə çoxlu ət suyu və qida qalıqlarını özünə çəkir. Bu baxımdan risk yaradır.
Kəsmə taxtası kimi istifadə etmək üçün ən sağlam material mərmər, çini və keramikadır. Çünki taxtanın üzərində nəsə kəsdikdə cızılır, aralara bakteriyalar dolur. Taxta qaynadılarsa, problem yaradılmaz. Ancaq qətiyyən qabyuyan maşına atmaq, yuyucu vasitə ilə yumaq olmaz. Çünki bu zaman yuyucu vasitəni içinə çəkir və daha çox bakteriya yaradır.
Ay Tac















