Azərbaycanın təşkilatçılıq qabiliyyətini yüksək dəyərləndirirəm. İştirak etdiyim COP tədbirləri arasında ən uğurlu hesab etdiklərim biri məhz sizin ölkənizdə təşkil edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Dünya Meteorologiya Təşkilatının nümayəndəsi Ueneta Toorua deyib.
Mütəxəssis bildirib ki, iqlim dəyişiklikləri ilə bağlı bu tip tədbirlərin təşkil edilməsi mütləq əhəmiyyət təşkil edir:
"Mən Azərbaycan haqqında eşitmişdim. Amma bu gün burada olduğum zaman müşahidə edirəm ki, ölkənizin təşkilatçılıq qabiliyyəti yüksək səviyyədədir. Konfransın gedişatını müşahidə edən biri kimi deyə bilərəm ki, tədbirdə yüksək səviyyədə nailiyyətlər əldə ediləcək. Azərbaycanın bu uğurlarda payının olması isə dünya miqyasında böyük dəyərdir".
Əli Hüseynov