• Bakı C

    7.71 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Metroda cibgirlik edən şəxs saxlanıldı 

HADİSƏ

07 Mart 2026 | 18:44

Metroda cibgirlik edən şəxs saxlanıldı 

Martın 4-də metro stansiyalarının birində oğurluq hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bir qadın polisə müraciət edərək qatarda olarkən çantasından sənəd, kartlar olan pul kisəsi və mobil telefonunun oğurlandığını bildirib.

Metropolitendə Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı E.Qasımov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.


SON XƏBƏRLƏR