• Bakı 21° C

    3.14 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Metroda gedişhaqqı qaldırılacaq? - AÇIQLAMA

CƏMİYYƏT

28 May 2021 | 15:13

Metroda gedişhaqqı qaldırılacaq? - AÇIQLAMA

“Bakı Metropoliteni”ndə qiymət artımının olması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”. 

Bu barədə Bakıvaxtı.az-a “Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

O bildirib ki, bu səlahiyyət təmsil etdiyi quruma məxsus deyil: 

“Biz metroda gedişhaqqının artırılması ilə bağlı qərar verə bilmərik. Metroda gedişhaqqını Tarif Şurası müəyyənləşdirir. Biz isə bu barədə hələ ki, Tarif Şurasına müraciət etməmişik. Mayın 31-dən fəaliyyətini bərpa edəcək metro stansiyalarında gedişhaqqı əvvəlki qiymət olacaq. Metroda gedişhaqqının 97 qəpik olması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlar yalandır”.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026