• Bakı 26° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.9426

    RUB - 2.2145

Metroda hərəkət qrafik üzrə bərpa olundu - YENİLƏNİB

CƏMİYYƏT

19 Fevral 2026 | 10:04

Metroda hərəkət qrafik üzrə bərpa olundu - YENİLƏNİB

Bütün xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub.

Bu barədə Bakıvaxtı.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, hazırda yubanmalar yoxdur və yaranan əlavə sərnişin sıxlığı aradan qaldırılıb.

***

09:07

Bakı metropoliteninin "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd edilib ki, sərnişinlər düşürülərək qatar baxış üçün "Dərnəgül" stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib.

Dərhal "Nərimanov" elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb. Bu səbəbdən "Dərnəgül-Nərimanov" sahəsində interval fərqi yaranıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR