• Bakı 20° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Metrostansiyalara zibil yeşikləri qoyulacaq? – RƏSMİ AÇIQLAMA

CƏMİYYƏT

15 Sentyabr 2024 | 10:29

Metrostansiyalara zibil yeşikləri qoyulacaq? – RƏSMİ AÇIQLAMA

"Stansiyalarda zibil yeşiklərinin qoyulmaması məhz təhlükəsizliklə bağlı məsələdir. Bizə sərnişinlərin təhlükəsizliyi digər məsələlərdən daha vacibdir".

Bakıvaxtı.az bizim.media-ya istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O qeyd edib ki, Bakı metrosu təmziliyinə görə dünyada qabaqcıl yerdədir:

"Zibillərin olması mövsümü olaraq da dəyişə bilir. Məsələn, yay dövründə içkilərə görə plastik və şüşə qabların atılması halları çox olur. Lakin "Bakı Metropoliteni" təmizliyinə görə dünyada ən qabaqcıl nəqliyyat vasitələrindən biridir və bu məsələyə xüsusi diqqət yetirilir. Çünki sanitariya vəziyyətinin normal şəraitdə olması hər bir sərnişinimiz, o cümlədən, metro işçilərinin sağlamlığı deməkdir. Zibil qabları olmasa da, təmzilik həmişə olub və olacaq".


SON XƏBƏRLƏR