• Bakı 23° C

    3.08 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Meymunçiçəyi pandemiya elan olunub? - AÇIQLAMA

CƏMİYYƏT

29 Iyun 2022 | 09:07 | Müəllif: Subhan Mahmudov

Meymunçiçəyi pandemiya elan olunub? - AÇIQLAMA

Meymunçiçəyini Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) rəsmən pandemiya elan etməyib. Sadəcə nəzarət və profilaktika mərkəzləri bəzi xəstəliklərin pandemiya xarakteri alması təhlükəsi haqda narahatlıq ifadə edirlər.

Bakıvaxtı.az xəbər verir ki , bu sözləri Axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla Ümumdünya Səhiyyə Şəbəkəsinin meymunçiçəyi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

“Bu xəbərlər ölkələrdə meymunçiçəyi xəstəliyinə yoluxanların sayının artmasına görə yayılır. Pandemiya təkcə ölkədə yoluxanların sayı ilə deyil, həm də əhali sıxlığı ilə ölçülür. Ona görə də meymunçiçəyi pandemiyasından danışmaq hələ tezdir. Bunun hansısa pandemiya şəkli almamağının bir səbəbi hava-damcı yoluyla yayılmamasıdır.

Bununla bağlı lazımi işlər aparılır. ÜST-in tövsiyələri əsasında ayrı-ayrı ölkələr karantin və müalicə tədbirləri aparırlar. Bu məhdudlaşdırıcı tədbirlərin sayəsində meymunçiçəyinin qarşısını ala biləcəyik”,- professor deyib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR