• Bakı 17° C

    5.84 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi

CƏMİYYƏT

11 Noyabr 2025 | 12:26

Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən profilaktik tədbirlər  zamanı sərxoş vəziyyətdə mikroavtobus idarə edən M.Əmirov saxlanılıb.

Bakıvaxtı.az "Unikal"a istinadən xəbər verir ki, araşdırmalar zamanı onun nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq kateqoriyasının olmadığı da müəyyən edilib. 

Sürücü barəsində  qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə M.Əmirov 30 sutka inzibati qaydada həbs edilib.

 


SON XƏBƏRLƏR

10 Noyabr 2025