İtaliyanın "Milan" klubu yayda iki futbolçusu ilə yolları ayıra bilər.
Bakıvaxtı.az-ın "Gazzetta dello Sport"a istinadən məlumatına görə, müdafiəçi Teo Ernandeslə müqavilə yenilənməyəcək.
Klub 27 yaşlı futbolçunu yayda satmağa çalışacaq.
Milan təmsilçisinin yolları ayırmaq istədiyi digər futbolçu Rafael Leaudur. 25 yaşlı portuqaliyalı hücumçuya Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr" maraq göstərir.
Qeyd edək ki, "Transfermarkt" portalı T.Ernandesi 50 milyon, R,Leaunu isə 75 milyon avro dəyərində qiymətləndirir.