• Bakı 14° C

    2.96 m/s

"Milan"dan getdilər

İDMAN

28 Iyun 2025 | 15:01 | Müəllif: Subhan Mahmudov

"Milan"dan getdilər

"Milan"ın futbolçuları Joao Feliks və Rikkardo Sottil komandadan ayrılıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hər iki hücumçunun icarə müqavilələri başa çatıb.

Feliks "Milan"a 2025-ci ilin fevralında "Çelsi"dən qoşulub. Bu müddət ərzində o, bütün turnirlərdə 21 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib.

Sottil isə "Milan"a "Fiorentina"dan icarəyə verilib. İtaliyalı futbolçu “qırmızı-qaralar”ın heyətində 8 oyuna çıxıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026