• Bakı 27° C

    6.59 m/s

  • USD - 1.7

    EUR - 1.986

    RUB - 2.0505

 Millət vəkili: “Özbəkistanla münasibətlərin yüksəldilməsi prioritetə çevrilib”

SİYASƏT

25 Avqust 2026 | 16:25

Millət vəkili: “Özbəkistanla münasibətlərin yüksəldilməsi prioritetə çevrilib”

“Azərbaycanın Özbəkistan və Mərkəzi Asiyanın digər türk xalqları ilə əbədi dostluq və qardaşlıq münasibətləri tarixən hər zaman olub. Rus imperiyasından qabaq da bu ənənələr var idi. Sadəcə olaraq biz indi dostluq və qardaşlığı müstəqil dövlətlər olduğumuza görə, yeni şəraitə uyğun olaraq, bu münasibətləri müqavilələrlə rəsmiləşdiririk”. 

Bu barədə millət vəkili Rasim Musabəyov Bakıvaxtı.az-a açıqlamasında deyib. 

Deputat qeyd edib ki, müstəqillik dövründə Azərbaycan daha çox Qərb ölkələri ilə əməkdaşlığı artırır: 

“Bütün Avropa qurumlarında ölkəmiz bu və ya digər formada iştirak edir, əlaqələrimizi genişləndiririk. Bu ölkələrlə ticarət dövriyyəmizi artırır, investisiyalar yatırırıq. Türkiyədə 20 milyard dollarlıq, Gürcüstanda 3 milyarddan çox investisiya yatırmışıq. Türkiyə ilə ticarət dövriyyəmiz 5 milyard dolları keçib. Gürcüstan ilə ticarət dövriyyəmiz 1 milyardı keçib. Ancaq dilimiz, dinimiz, tariximiz bir olan Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəmiz 300-400 milyon dollar civarında ölçülür. Türkiyəyə gün ərzində 5-6 təyyarə reysi varsa, Mərkəzi Asiya ölkələrinə həftədə bir dəfə uçuşlar olurdu. Əlbəttə, bunları aradan qaldırmaq lazım idi. Bununla bağlı cənab Prezident İlham Əliyevin təlimatı ilə son 4-5 ildə Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələrini daha da gücləndirmək məqsədi ilə uzunmüddətli proqramlar hazırlanıb”.  

R.Musabəyov vurğulayıb ki, Mərkəzi Asiyanın da ən aparıcı, güclü dövləti Özbəkistandır: 

“Bu qardaş ölkənin əhalisi 40 milyona yaxındır. 2500 ildən çox dövlət ənənəsi var. Özbəkistan bütün Mərkəzi Asiya ölkələri ilə həmsərhəddir. Bu baxımdan, bölgədə mərkəzi mövqedədir. Özbəkistanla münasibətlərin ən üst səviyyəyə qaldırılması prioritetə çevrilib. Azərbaycan Özbəkistanda böyük investisiya layihələri reallaşdırmaq fikrindədir. 5 milyard dollara yaxın investisiya layihələri nəzərdən keçirilir. O cümlədən, “See Brize”in oxşarı Daşkənddə də gerçəkləşəcək. Bizim neft-qaz sahəsində böyük təcrübəmiz var. Özbəkistan da bu məsələdə geridədir və bizim mütəxəssislərimiz qardaş ölkəyə ciddi dəstək verməyə hazırdır. Azərbaycan və Özbəkitan Türk Dövlətləri Təşkilatları çərçivəsində də çox sıx əməkdaşlıq edirlər. Mərkəzi Asiyada bu yükü çəkən Özbəkistan, Cənubi Qafqazda Azərbaycan, Qərbdə isə Türkiyədir”.  

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Avqust 2026