Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibi dəyişir.
Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının tərkibi haqqında” məsələdə əksini tapıb.
Layihəyə əsasən, Toponimiya Komissiyasının yeni tərkibi aşağıdakı kimi olacaq:
Akimova Elnarə Seydulla qızı - Milli Məclisin deputatı, filologiya üzrə elmlər doktoru;
Cəfərov Nizami Qulu oğlu - Azərbaycan Atatürk Mərkəzinin müdiri, akademik;
Ələkbərov Əziz Yusif oğlu - Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru;
Həbibbəyli İsa Əkbər oğlu - AMEA-nın prezidenti, akademik;
Hüseynova Mahirə Nağı qızı - Azərbaycan Dövlət Universitetinin prorektoru, filologiya elmləri doktoru;
İsgəndərov Anar Camal oğlu - Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor;
İsmayılov Elçin Mirhüseyin oğlu - AMEA-nınNəsimi adına Dilçilik İnstitutunun Toponomika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent;
Quliyev Musa İsa oğlu - Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, tibb üzrə fəlsəfə doktoru;
Məmmədov Hikmət Baba oğlu - Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor;
Nağısoylu Möhsün Zellabdin oğlu - AMEA-nın müşaviri, akademik;
Rüstəmxanlı Sabir Xudu oğlu - Xalq şairi, filologiya üzrə elmlər namizədi;
İsgəndərov Cavid Nizami oğlu - Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati ərazi və bələdiyyə məsələləri üzrə qanunvericilik sektorunun müdiri;
Komissiyanın işinin təşkili Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinə həvalə olunur.
Məsələ səsverməyə qoyularaq qəbul edilib.
Mina Mikayılova