Bakıda yerləşən Milli Onkologiya Mərkəzində partlayış hadisəsi baş verib.
Bakıvaxtı.az oxu.az-a istinadla xəbər verir ki, hadisə mərkəzin Şüa-diaqnostika şöbəsinin birinci mərtəbəsində yerləşən otaqlardan birində qeydə alınıb. Partlayış zamanı xəstə Mübariz Əliyev hadisə yerində həyatını itirib.
Hadisə nəticəsində həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb və təcili olaraq xəstəxanaya hospitalizasiya edilib.
Əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır, partlayışın başvermə səbəbləri müəyyənləşdirilir.
Bakı 





