• Bakı 31° C

    7.94 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günü qeyd olunub - YENİLƏNİB

CƏMİYYƏT

08 Avqust 2025 | 14:05

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günü qeyd olunub - YENİLƏNİB

Samux rayonunun Alıuşağı kəndində Milli Qəhrəman Hökumə Əliyevanın doğum günü qeyd edilib, xatirə muzeyinin açılışı olub.

Bakıvaxtı.az xəbər verir ki, Samux rayonunun Alıuşağı kəndində Milli Qəhrəman Hökümə Əliyevanın doğum günü münasibətilə tədbir təşkil olunub.

Həmçinin H.Əliyevanın ailəsinin təşəbbüsü ilə kənddə Milli Qəhrəmanın xatirəsinə yaradılan muzeyin açılış mərasimi keçirilib.

***

12:24

Samux rayonunun Alıuşağı kəndində Milli Qəhrəman Hökumə Əliyevanın doğum günü qeyd olunur.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, tədbirdə Milli Qəhrəmanın ailə üzvləri, yaxınları, AZAL nümayəndələri, həmkarları və rəsmi şəxslər iştirak edirlər.

Qeyd edək ki, yaşasaydı, avqustun 8-də Hökümə Əliyevanın 34 yaşı tamam olacaqdı. Milli Qəhraman xanım əslən Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub. O, 1993-cü ildə Kəlbəcər rayonunun işğalından sonra ailəsi ilə birlikdə Samux rayonunun Alıuşağı kəndində məskunlaşıb. Sonra ailə quraraq Bakı şəhərində yaşamağa başlayıb. H.Əliyevanın valideynləri və qardaşı hazırda Samux rayonunun Alıuşağı kəndində yaşayırlar.

Xatırladaq ki, Hökumə Əliyeva dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub. Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva “Azərbaycanın Milli Qəhrəmanı” adına və “Qızıl Ulduz” medalına layiq görülüb.


SON XƏBƏRLƏR

07 Avqust 2025