Mingəçevir su anbarı ərazisində itkin düşən balıqçının meyiti aşkar olunub.
Bakıvaxtı.az xəbər verir ki, ölən şəxs Yevlax rayonunun Xanabad kənd sakini, 1961-ci il təvəllüdlü Xaləddin Kərimovdur.
Məlumata görə, balıqçı itkin düşdüyü ərazidə ölü vəziyyətdə aşkarlanıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Meyitin sudan çıxarılması və hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Murad İsmayıl




