• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Minlərlə qadın zorla qısırlaşdırılıb - İDDİA ölkəni ayağa qaldırdı

DÜNYA

20 Fevral 2022 | 13:11 | Müəllif: Subhan Mahmudov

Minlərlə qadın zorla qısırlaşdırılıb - İDDİA ölkəni ayağa qaldırdı

Kanadada ortaya çıxan iddia bütün ölkəni ayağa qaldırıb.

Bakıvaxtı.az Musavat.com-a istinadən bildirir ki, yayılan məlumatlara görə, ölkədə doğuş üçün xəstəxanaya gedən minlərlə yerli qadın əməliyyat zamanı öz istəkləri olmadan qısırlaşdırılıb.

O da məlum olub ki, ölkəni şoka salan qalmaqallı olayın tarixi 1928-ci ilə qədər gedib çıxır. Belə ki, həmin illərdə təhlükəli kişi məhbuslar qanunla qısırlaşdırılırmış və bu qanun 1973-cü ilə qədər davam edib.

Beləliklə, Kanadanın CTV kanalında yayımlanan xəbərə görə, Alberta, Saskaçevan, Manitoba və Kvebek əyalət məhkəmələrində minlərlə yerli qadının zorla qısırlaşdırılması ilə bağlı iddialar qaldırılıb.

İddialara görə xüsusən də qeysəriyyə əməliyyatlarına girən qadınlara "körpənin sağlamlığı ilə bağlı baş verə biləcək prosedurlara razılıq vermək" adı altında "uşaqlıq borusunun bağlanması" bəndi olan sənədə qol çəkilib.

Məsələ ilə bağlı Kanada hüquq mühafizə orqanları ciddi araşdırmalara başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026