• Bakı 22° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9712

    RUB - 1.9506

MİQ üzrə müddətli müqavilə ilə vakansiya seçiminin nəticələri açıqlandı

CƏMİYYƏT

04 Sentyabr 2026 | 20:24

MİQ üzrə müddətli müqavilə ilə vakansiya seçiminin nəticələri açıqlandı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. 

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli əmək müqaviləsi ilə vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. 28–31 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 1 467 namizəd uğur qazanaraq müddətli əmək müqaviləsi ilə çalışmaq imkanı əldə edib.

Müddətli əmək müqaviləsi ilə vakansiya seçimində uğur qazanan namizədlər

10 sentyabr saat 18:00-dək zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Təqdim edilməli sənədlər:

• şəxsiyyəti təsdiq edən sənədin surəti;

• ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti;

• əmək kitabçasının əsli (olduğu təqdirdə);

• 3x4 formatında 4 ədəd fotoşəkil;

• sağlamlıq haqqında arayış;

• kadrlar uçotunun şəxsi vərəqəsi;

• şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış.

Qeyd edək ki, çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşdiriləcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışın təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR