Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.
Belə ki, Bakı şəhər 161 nömrəli tam orta məktəbdə keçiriləcək müsahibələrə 3957 nəfər dəvət edilib. İlk gün rus dili və ədəbiyyatı, ingilis dili, alman dili, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, biologiya, fizika və coğrafiya fənləri üzrə müsahibələr təşkil olunacaq.
26 avqust tarixinədək davam edəcək müsahibələr zamanı müvafiq komissiyalar tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq yoxlanılacaq.