• Bakı 20° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Misirdə Afroditaya aid ziyarətgah tapıldı

DÜNYA

23 Sentyabr 2023 | 20:55 | Müəllif: Subhan Mahmudov

Misirdə Afroditaya aid ziyarətgah tapıldı

Avropa Sualtı Arxeologiya İnstitutunun (IEASM) alimləri Misirdə Amon tanrısının batmış məbədi və bu tanrılarla əlaqəli xəzinələrlə dolu Afrodita ziyarətgahı aşkar ediblər. 

Bakıvaxtı.az "Live Science"ə istinadən xəbər verir ki, IEASM tədqiqatçıları Misirin Aralıq dənizi sahilləri yaxınlığındakı kanalda araşdırma apararkən Amon məbədini kəşf ediblər.

Amon tanrısı üçün tikilmiş məbəd eramızdan əvvəl II əsrin ortalarında baş verən zəlzələ zamanı dağılıb. Abukir körfəzindəki qədim Tonis-Heraklion liman şəhərinin bir hissəsi olan bu məbədə fironlar öz güclərinin təsdiqini qədim Misir panteonunun ali tanrısından almaq üçün gəlirmişlər.

Dalğıclar gümüş ritual alətləri, qızıl zinət əşyaları və ətir və ya məlhəm saxlamaq üçün alebastr qablar da tapıblar.

Məbədin şərqində arxeoloqlar məhəbbət ilahəsi Afroditaya həsr olunmuş Yunan ziyarətgahı aşkar ediblər. Burada, həmçinin, çoxlu artefaktlar, o cümlədən xaricdən gətirilən tunc və keramika əşyaları, yunan silahları da var. 

Bu, alimlərin qeyd etdiyi kimi, Sait sülaləsinin fironları dövründə (e.ə. 688-ci ildən 525-ci ilə qədər) yunanların şəhərdə ticarət və məskunlaşmalarına icazə verildiyini göstərir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026