Almaniyalı "Formula-1" pilotu Mixael Şumaxer yataq xəstəsidir.
Bakıvaxtı.az “actu.gala.fr”ə istinadən xəbər verir ki, bunu Şumaxerin yaxın dostu, Benetton Formula komandalarının keçmiş direktoru Flavio Briator deyib.
2013-cü ilin dekabr ayından bəri Mixael Şumaxer haqqında olduqca ehtiyatlı və az xəbərlər yayılır. Dəhşətli xizək qəzasından sonra sağlamlığı barədə çox məlumat vermək istəməyən ailəsi onun haqqında demək olar, heç danışmır. Lakin onu ziyarət etməyə davam edən bir neçə yaxın dostu bəzən keçmiş pilotun çətin vəziyyətdə olduğunu bildirirlər.
Flavio Briator Mixael Şumaxerin yataq xəstəsi olduğunu deyib:
“Gözlərimi yumuram və qələbədən sonra onu gülümsəyən görürəm. Onu yataqda uzanmaqdansa, belə xatırlamağa üstünlük verirəm. O, tək özünü idarə edə bilmir, qulluqçulardan asılıdır”.
Aydın Baxış
Bakı 




