• Bakı 21° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

MKTA-nın fəaliyyət istiqamətləri açıqlanıb

CƏMİYYƏT

04 Iyun 2026 | 11:00

MKTA-nın fəaliyyət istiqamətləri açıqlanıb

Milli Kiber Təhlükəsizlik Agentliyi Elektron Təhlükəsizlik Xidmətinin hüquqi varisi kimi fəaliyyət göstərəcək və bu sahədə formalaşdırılmış təcrübə, potensial və institusional imkanların daha da inkişaf etdirilməsini təmin edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən “IV Milli Kibertəhlükəsizlik Forumu”nda çıxışı zamanı bildirib.

    Onun sözlərinə görə, Agentliyin əsas vəzifələri ölkədə kiber təhlükəsizlik sahəsində tənzimləmə və nəzarətin həyata keçirilməsi, dayanıqlı informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyası, həmçinin kiber təhlükəsizliklə bağlı risklər və təhdidlər barədə ölkə səviyyəsində məlumatlandırmanın təşkili olacaq.

    "Dövlət tərəfindən kiber təhlükəsizlik sahəsinə xüsusi diqqət yetirilir və son illərdə ölkənin informasiya məkanının qorunması istiqamətində mühüm işlər görülüb. Vətən müharibəsi dövründə, eləcə də COP29, Ümumdünya Şəhərsalma Forumunun 10-cu sessiyası və digər beynəlxalq əhəmiyyətli tədbirlər zamanı Azərbaycanın informasiya resurslarına qarşı həyata keçirilən çoxsaylı kiberhücum və təxribat cəhdlərinin qarşısı aidiyyəti qurumlarla birgə görülən kompleks tədbirlər nəticəsində uğurla alınıb."-deyə o qeyd edib.

    Həmçinin o bildirb ki, Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyəti dövründə əldə olunan nəticələr və formalaşan təcrübə bundan sonra Milli Kiber Təhlükəsizlik Agentliyi tərəfindən davam etdiriləcək.


    SON XƏBƏRLƏR

    03 Iyun 2026