• Bakı 17° C

    2.89 m/s

  • USD - 1.7

    EUR - 2.0154

    RUB - 2.043

Mladiçin azadlığa buraxılması ilə bağlı tələb rədd edilib

DÜNYA

30 Iyul 2025 | 14:09

Mladiçin azadlığa buraxılması ilə bağlı tələb rədd edilib

Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəmələri Rezidüel Mexanizmi Ratko Mladiçin səhhətinə görə azadlığa buraxılma müraciətini rədd edib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, qərarda Mladiçin səhhətinin sabit olduğu bildirilib.

Mladiçin həyatının sonuna yaxınlaşdığı, lakin kəskin və ölümcül xəstəlikdən əziyyət çəkmədiyi vurğulanıb.

Onun BMT-nin Haaqa təcridxanasında vəziyyətinə uyğun yüksək keyfiyyətli tibbi yardım aldığı qeyd olunub.

Qeyd edək ki, Srebrenitsa soyqırımında məsuliyyət daşıyan Mladiç ömürlük həbs cəzasının artıq 14 ildən çoxunu çəkib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

17 Sentyabr 2025