• Bakı 20° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb

CƏMİYYƏT

07 Iyun 2025 | 13:38

MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb

Azərbaycan Müdafiə Nazirliyi (MN) Türkiyənin İstanbul şəhərində yerləşən Şimali Atlantika Müqaviləsi Təşkilatının Dəniz Təhlükəsizliyi Mükəmməlliyi Mərkəzində (NATO DTMM) iyunun 2-də Azərbaycanın Dövlət Bayrağının qaldırılması mərasimi barədə məlumat yayıb.

MN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, Mərkəzin şəxsi heyətinin iştirak etdiyi mərasimdə Azərbaycanın Dövlət Himninin sədası altında Dövlət Bayrağı qaldırılıb.

Mərasimdə çıxış edən NATO DTMM-nin rəisi 1-ci dərəcəli kapitan Mehmet Cengiz Ekren dəniz təhlükəsizliyinin qlobal ticarətdə, beynəlxalq əməkdaşlıqda və kollektiv təhlükəsizlikdəki rolunu vurğulayaraq, onun bugünkü qloballaşan dünyadakı həlledici əhəmiyyətini qeyd edib.

Eyni zamanda, Azərbaycanın NATO DTMM-yə beşinci üzv kimi qəbul edilməsinin mühüm proses olması və mövcud üzv ölkələr – Türkiyə, Yunanıstan, Portuqaliya və Rumıniya ilə birlikdə dəniz təhlükəsizliyinin gələcəyini formalaşdırmaq öhdəliyinin göstəricisi olduğu vurğulanıb. Çıxışda, həmçinin 2025-ci ildən etibarən 3 il müddətinə NATO DTMM-də “EDU/007 – Təhsil üzrə Qərargah Zabiti” vəzifəsinə təyin edilmiş 3-cü dərəcəli kapitan Muradov Murad Eldar oğlunun xidmət müddətində qazandığı təcrübəni öz ölkəsində uğurla tətbiq edəcəyi əminliklə vurğulanıb.

Mərasimin sonunda Azərbaycanın NATO DTMM-yə töhfə verən ölkə olaraq qatılması şərəfinə zabitimizə xatirə hədiyyəsi təqdim edilib.

 


SON XƏBƏRLƏR