• Bakı 24° C

    12.86 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

MN-dən ÇAĞIRIŞ: Heç bir narahatlığa əsas yoxdur

SİYASƏT

22 Iyun 2026 | 08:51

MN-dən ÇAĞIRIŞ: Heç bir narahatlığa əsas yoxdur

İyunun 22–25-də istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının məhv edilməsi prosesi həyata keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Bakı şəhəri Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi planlaşdırılır.

Məlumatda bildirilir ki, bu proses zamanı partlayış səsləri eşidilə bilər və bu, planlaşdırılmış texniki prosedurun tərkib hissəsidir.

Nazirlik əhalini təşvişə düşməməyə çağırıb və bildirilib ki, narahatlığa heç bir əsas yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Iyun 2026