• Bakı 26° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc itkin düşdü

CƏMİYYƏT

13 Iyul 2026 | 21:39

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc itkin düşdü

Xaçmaz rayonunun Həsənqala kənd sakini, bu il orta məktəbi bitirən Polad Rasim oğlu Poladov ötən gündən itkin düşüb.

Bakıvaxtı.az bizim.media-ya istinadən bildirir ki, Polad iyulun 12-də Xaçmaz şəhərində I qrup üzrə qəbul imtahanında iştirak etmək istəyib.

Lakin imtahan zalına daxil olarkən üzərində mobil telefon olduğu üçün qaydalara əsasən imtahana buraxılmayıb.

Yaxınlarının sözlərinə görə, ailəsinin ondan yüksək nəticə gözləməsi səbəbindən bu hadisə Poladda ciddi psixoloji gərginlik yaradıb. Bundan sonra onun naməlum istiqamətdə uzaqlaşdığı bildirilir.

Polad Poladov bu gün Xaçmaz Rayon Polis Şöbəsində rəsmi olaraq itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyul 2026