İranın keçmiş İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı və ali rəhbərin müşaviri Möhsin Rzai Milli Təhlükəsizlik Ali Şurasının katibi təyin edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Prezidentinin ofisi məlumat yayıb.
İran Prezidentinin ofisinin kommunikasiya və informasiya məsələləri üzrə müavini Mehdi Təbətəbai bildirib ki, Məhəmməd Baqer Zülqədərin Milli Təhlükəsizlik Ali Şurasının katibi vəzifəsindən istefa verməsi və yeni məsuliyyət daşıması ilə əlaqədar Prezident Məsud Pezeşkianın sərəncamı ilə Möhsin Rezai bu vəzifəyə təyin olunub.
Rezai, həmçinin İranın ali rəhbəri ayətullah Seyid Müctəba Hüseyni Xamenei tərəfindən Milli Təhlükəsizlik Ali Şurasında ali rəhbərin nümayəndəsi vəzifəsinə təyin edilib.
Bundan əvvəl Milli Təhlükəsizlik Ali Şurasının katibi vəzifəsində çalışmış Məhəmməd Baqer Zülqədər isə siyasi məsələlər üzrə müşavir təyin olunub.
Qeyd edək ki, 72 yaşlı Möhsin Rzai İranın tanınmış hərbi və siyasi simalarından biridir. O, daha əvvəl SEPAH-ın komandanı və İranın ali rəhbərinin hərbi müşaviri vəzifələrində çalışıb.
Bakı 



